QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimiz Qətəri məğlub etdi

Bu gün milli komandamız növbəti oyununu keçirib. Yıığmamız yoxlama oyununda Qətərlə üz-üzə gəlib. 

DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan bugünkü matç yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ımızın 5 futbolçusu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev və Ağabala Ramazanov matça start heyətdə başlayıb. Daha bir futbolçumuz: Mahir Mədətov isə matçın 69-cu dəqiqəsində meydana daxil olub. 

9 mart

Yoldaşlıq oyunu

20:00. Qətər - Azərbaycan - 1:2
Qol:
 Tərlan Quliyev, 51 (0:1), Baqer Əli Əsəd, 54 (1:1), Araz Abdullayev, 62 (1:2)
“Əl-Sadd” stadionu