QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimiz Almaniyaya məğlub oldu

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı Bakıda da davam etdirib və 4:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, almanlar 5 oyunun 5-cisində də meydanı qələbə ilə tərk ediblər.

Azərbaycan millisi isə bu məğlubiyyətdən sonra qrupda 3-cü yerdən 4-cü yerə düşüb.