QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ronaldo 4-cü dəfə "Qızıl top"u qazandı

"France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusuna verdiyi "Qızıl top" mükafatının sahibi müəyyənləşib. Dünyanın müxtəlif ölkələrindən 173 jurnalist arasında aparılan səsverməyə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib. Bununla da o, 4-cü dəfə (2008, 2013, 2014, 2016) bu mükafatı qazanıb.

Qeyd edək ki, K.Ronaldo bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real”al Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, bu ildən etibarən “France football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.