Qarabağ TV
TPL
UEL
"Mançester Yunayted" Avroliqanın qalibidir!

Avroliqada 2016/2017 mövsümünə yekun vurulub.  Bu gün qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib.  Stokholmdakı həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşayan “qırmızı şeytanlar” kubokun sahibi olub.  

Avroliqa

FİNAL
“Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə) - 0:2 
Qollar:
 Poqba, 18, Mxitaryan, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm. “Friends Arena”