QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qalatasaray` ilk xalını qazanıb, bacarmadı

E qrupunda İtaliya nəhəngi `Yuventus` səfərdə Danimarkanın `Nordsjaelland` klubu ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. ÇL-in son qalibi `Çelsi` klubu isə Ukraynada `Şaxtyor`un qonağı olub və 1:2 hesabı ilə uduzub.
F qrupunda autsayder Fransanın `Lill` klubu ÇL-in son finalisti `Bavariya`nı qəbul edib. Müllerin 20-ci dəqiqədə vurduğu yeganə qol Münhen təmsilçisinə qələbə qazandırıb - 1:0. Qrupun lideri BATE (Belarus) klubu doğma azarkeşləri önündə `Valensiya`nı sınağa çəkib. `Yarasalar` meydan sahiblərini böyükhesabla məğlubiyyətə uğradıb - 3:0.
G qrupunun ilk qarşılaşması Moksvada baş tutub. Burada yerli `Spartak` klubu `Benfika` (Portuqaliya) komandası ilə üz-üzə gəlib. Moskva təmsilçisi çətin qələbəyə sevinib - 2:1. `Barselona` isə `Nou Kamp`da Şotlandiyanın `Seltik` klubu ilə qarşılaşıb və son saniyələrdə gələn qolla görüşdən 3 xalla ayrılıb - 2:1.
H qrupunda Türkiyənin `Qalatasaray` klubu ÇL-də 3-cü matçına çıxıb. Son Türkiyə çempionu evdə Rumıniyanın `ÇFR Kluj` klubunu sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Baxmayaraq ki, türklərin qələbə qazanmaq üçün əla şansları olub. 1 saat azlıqda qalan rəqibinin qapısına 1 dəfə yol tapan `cim-bom` bir penaltidən də yararlana bilməyib.  İngiltərənin `Mançester Yunayted` klubu doğma meydanda Portuqaliya `Braqa`sı ilə münasibətlərinə aydınlıq gətirib. Mançester təmsilçisi bu görüşdə əzmkar qələbə qazanıb - 3:2.


23 oktyabr

Çempionlar Liqası, III turun oyunları

E qrupu
23:45. `Nordsjaelland` (Danimarka) - `Yuventus` (İtaliya) - 1:1
Qollar: Bekmann, 50 (1:0), Vuçiniç, 81 (1:1)

23:45. `Şaxtyor` (Ukrayna) – `Çelsi` (İngiltərə) - 2:1
Qollar: Teyşera, 3 (1:0), Fernandinyo, 52 (2:0), Oskar, 88 (2:1)
S Komanda O Q H M Qollar Xallar
1 Şaxtyor 3 2 1 0 5-2 7
2 Yuventus 3 0 3 0 4-4 5
3 Çelsi 3 1 1 1 7-4 4
4 Nordsjaelland 3 0 1 2 1-7 1


F qrupu

23:45. `Lill` (Fransa) - `Bavariya` (Almaniya) - 0:1
Qol: Müller, 20-pen (0:1)

23:45. BATE (Belarus) - `Valensiya` (İspaniya) - 0:3
Qollar: Soldado, 45-pen (0:1), 55 (0:2), 69 (0:3)
S Komanda O Q H M Qollar Xallar
1 Valensiya 3 2 0 1 6-2 6
2 BATE 3 2 0 1 6-5 6
3 Bavariya 3 2 0 1 4-4 6
4 Lill 3 0 0 3 1-6 0

G qrupu

21:00. `Spartak` (Moskva, Rusiya) - `Benfika` (Portuqaliya) - 2:1
Qollar: Karioka, 3 (1:0), Lima, 32 (1:1), N.Jardel, 43-avtoqol (2:1)

23:45. `Barselona` (İspaniya) - `Seltik` (Şotlandiya) - 2:1
Qollar: Samaras, 18 (0:1), İniyesta, 45 (1:1), Alba, 90+4 (2:1)

S Komanda O Q H M Qollar Xallar
1 Barselona 3 3 0 0 7-3 9
2 Seltik 3 1 1 1 4-4 4
3 Spartak 3 1 0 2 6-7 3
4 Benfika 3 0 1 2 1-4 1

H qrupu

23:45. `Qalatasaray` (Türkiyə) - `CFR Kluj` (Rumıniya) - 1:1
Qollar: Nounkeu, 19-avtoqol (0:1), Yılmaz, 77 (1:1)

23:45. `Mançester Yunayted` (İngiltərə) – `Braqa` (Portuqaliya) - 3:2
Qollar: Alan, 2 (0:1), 20 (0:2), Hernandez, 25 (1:2), 75 (3:2), Evans, 62 (2:2)
S Komanda O Q H M Qollar Xallar
1 Mançester Yunayted 3 3 0 0 6-3 9
2 CFR Kluj 3 1 1 1 4-3 4
3 Braqa 3 1 0 2 4-5 3
4 Qalatasaray 3 0 1 2 1-4 1