QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli 96-da üzüldü

`DÇ-2014`ün seçmə mərhələsi çərçivəsində millimiz bu axşam növbəti matçına çıxıb.
Berti Foqtsun komandası səfərdə Şimali İrlandiyanın qonağı olub.
Görüşə uğurla başlayan millimiz 5-ci dəqiqədə hesabı açıb. `Qarabağ`ımızın forvardı Rauf Əliyev uzaq məsafədən baxımlı qola imza atıb. Lakin oyuna əlavə olunmuş 6-cı dəqiqədə Hili cərimə zərbəsindən hesabı bərabərləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti matçını 2013-cü ilin mart ayında səfərdə Lüksemburqa qarşı keçirəcək.
 

14 noyabr
`DÇ-2014`ün seçmə mərhələsinin oyunu
23:45. Şimali İrlandiya - Azərbaycan - 1:1
Qollar: Rauf Əliyev, 5 (0:1), Devid Hili, 90+6 (1:1)
Hakimlər: Viktor Şvetsov, Aleksandr Kornıyko, Oleq Plujnik (hamısı Ukrayna)
Belfast. `Vindzor Park` stadionu.


AZƏRBAYCAN: Səlahət Ağayev, Maksim Medvedev, Ruslan Abışov, Vladimir Levin, Əli Gökdəmir (Bədavi Hüseynov, 62), Rasim Ramaldanov (Elşad Nəziri, 71), Cihan Özkara (Vaqif Cavadov, 79), Vüqar Nadirov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Rauf Əliyev.

Şimali İrlandiya: Rey Kerroll, Daniel Lafferti, Aaron Hyuz, Kreyq Katkart, Qaret Makoli, Kris Beyrd, Din Şils, Stiven Devis, Şeyn Ferqyusson, Niall Makqinn, Kayl Lafferti.


F qrupu
S Komandalar O Q H M Xal
1. Rusiya 4 4 0 0 12
2. İsrail 4 2 1 1 7
3. Portuqaliya 4 2 1 1 7
4. Şimali İrlandiya 4 0 3 1 3
5. AZƏRBAYCAN 4 0 2 2 2
6. Lüksemburq 4 0 1 3 1