QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Messi ardıcıl 4-cü dəfə

FİFA geridə qalan 2012-ci il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə aparılan səsvermənin yekun nəticəsinə əsasən dünyanın `ən güclüsü` bəlli olub.
`Qızıl top` uğrunda mübarizə `Barselona`dan Lionel Messi və Andres İniyesta, `Real` (Madrid) klubundan isə Kriştiano Ronaldo arasında gedib. Yekun nəticədə Messi qalib olub. Bununla da o, futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi düşüb.

Bununla yanaşı, bu gün dünyanın `ən yaxşı məşqçisi`nin də kimliyinə aydınlıq gəlib. Bu ad uğrunda isə Visente del Boske (İspaniya), Pep Qvardiola (`Barselona`) və Joze Mourinyo (`Real`, Madrid) yarışıblar. Birinci yeri Visente del Boske tutub.

Qeyd edək ki, bu gün həmçinin `ilin ən yaxşı qolu` nominasiyasında da qalibin adı bəlli olub. Digər nominasiyalarda olduğu kimi FİFA Puşkas mükafatına da üç namizəd var idi. Radamel Falkao (`Atletiko`, Madrid), Neymar (`Santos`) və Miroslav Stokun (`Fənərbaxça`) vurduğu qollardan biri `ilin ən yaxşısı` seçilib. İlin ən yaxşı qolu mükafatı Miroslav Stoka verilib. 


2012-ci ilin ən yaxşı kişi baş məşqçisi: Visente del Boske (İspaniya)

2012-ci ilin ən yaxşı qadın baş məşqçisi: Pia Sundxaqe (İsveç)

2012-ci ilin rəmzi yığma komandası: İker Kasilyas, Dani Alves, Gerard Pike, Serxo Ramos, Marselo, Xabi Alonso, Xavi, Andres İnyesta, Lionel Messi, Kristiano Ronaldo, Radamel Falkao

FİFA prezidentinin xüsusi mükafatı: Frans Bekkanbauer

2012-ci ilin ən yaxşı qolu: Miroslav Stok (`Fənərbaxça`)

2012-ci ilin ən yaxşı futbolçusu: Lionel Messi (`Barselona`, Argentina)