QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli 120-yə düşdü

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən ayla müqayisədə 4 pillə geriləyib.

Hesabında 276 xal olan komandamız 120-ci yerə düşüb.

UEFA sıralamasında 44-cü olan millimiz son reytinq hesablanan müddətdə 2 oyun keçirib. Bunlar 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla səfərdə qolsuz heç-heçə və Bakıda Portuqaliyaya uduzulan (0:2) oyundur.

2014-cü il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1163 xal) 2 pillə irəliləyərək, 5-ci yerə qalxıb. Rusiya (1052) 1 pillə geriləyərək 11-ci yerə düşüb.

Ən böyük yüksəlişə İsrail yığması nail olub – 16 pillə. 536 xalı olan rəqib 58-ci yerə qalxıb. Şimali İrlandiya (285) isə 22 pillə geriləməyi nəticəsində 119-a enərək, millimizin qonşuluğundadır.
Millimizin növbəti rəqibi olan Lüksemburq yığması (182) 4 pillə irəliləyərək, 147-ci yerə yüksəlib.

Reytinqində ilk 3 pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1538 xala 1-ci, Almaniya 1428 xalla 2-ci, Argentina 1292 xalla 3-dür.
Türkiyənin milli komandası isə 44-cü (+1) yerdə qərarlaşıb.