QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Çelsi öncə ÇL, indi AL

UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub.

Final görüşündə İngiltərənin `Çelsi` və Portuqaliyanın `Benfika` komandaları üz-üzə gəlib.

Hollandiyanın `Amsterdam Arena` stadionunda keçirilən oyun `Benfika`nın üstünlüyü şəraitində keçsə də,  hesabı 60-cı dəqiqədə `Çelsi` açıb. Bundan səkkiz dəqiqə sonra portəgiz klubu hesabı bərabərləşdirib. Lakin oyuna əlavə edilmiş vaxtda Branislav İvanoviç komandasının qələbə topunu vurub - 2:1.

Beləliklə, `Çelsi` 2012/13-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi  olub.


UEFA Avropa Liqası, final qarşılaşması

15 may

Çelsi  (İngiltərə) – Benfika (Portuqaliya) - 2:1
Qollar: Torres, 60 (1:0), Kardoso, 68-pen (1:1), İvanoviç, 90+3, (2:1)