QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimizin ilk rəsmi qələbəsi

Futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.
F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Səfərdə bu rəqiblə 1:1 hesablı bərabərə qalan yığmamızın doğma meydanda qələbə qazanaraq qrupun sonuncu pilləsindən qurtulacağına ümidlər böyük idi.

Eyni zamanda bu oyun milli komandamız üçün əlamətdar olub. Belə ki, yığmamız bu gün 200-cü oyununa çıxıb və inamlı qələbə qazanıb - 2:0.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə olaraq seçmə mərhələlər tarixində 8 xal toplayıb. Bu günə qədər ən yaxşı nəticəni ötən Avropa seçmə mərhələsində göstərən millimiz (7 xal) Şimali İrlandiyaya qalib gəlməklə qrupda dördüncü pillədə qərarlaşıb.

 

F qrupu
"DÇ-2014"ün seçmə mərhələsinin oyunları

21:00. Azərbaycan - Şimali İrlandiya - 2:0
Qollar: Rüfət Dadaşov. 58 (1:0), Mahir Şükürov, 90+4, (2:0)
Qırmızı vərəqə: Conni Evans, 90+3 (Şimali İrlandiya)
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).