QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli ruslara yenə uduzmadı

`DÇ-2014`ün seçmə mərhələsi çərçivəsində milli komandamız bu gün son matçına çıxıb.
Berti Foqstun komandası doğma meydanda qrup lideri Rusiyanı qəbul edib.
Son oyunda doğma azarkeşləri önündə Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən yığmamız Rusiya ilə oyunda da ən azı bir xal qazanmağa çalışacaqdı. Lakin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa çox yaxın olan Fabio Kapellonun komandasının buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğururdu. Lakin yığmamız son matçında da bir xal qazanmaqla seçmə mərhələni 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan millisi "DÇ-2010"ün seçmə mərhələsində də evdə Rusiya ilə 1:1 bərabərə qalmışdı. 
 

15 oktyabr
"DÇ-2014"ün seçmə mərhələsinin son oyunu
22:00. Azərbaycan - Rusiya - 1:1
Qollar: Roman Şirokov, 16 (0:1), Vaqif Cavadov, 90 (1:1)
Qırmızı vərəqə: Maksim Medvedyev, 73 (Azərbaycan)


S Komandalar O Q H M Xal
1. Rusiya 10 7 1 2 22
2. Portuqaliya 10 6 3 1 21
3. İsrail 10 3 5 2 14
4. Azərbaycan 10 1 6 3 9
5. Şimali İrlandiya 10 1 4 5 7
6. Lüksemburq 10 1 3 6 6