QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ronaldo `in`, İbrahimovic `out`

Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.

4 oyunla Avropa zonasından Dünya çempionatına yollanacaq sonuncu iki komandanın adına aydınlıq gəlib.

Rumıniya öz meydanında Yunanıstan millisini qəbul edib. Komandalar arasında ilk görüş yunanların qələbəsi ilə başa çatıb - 3:1. Bu görüşdən 1:1 bərabərliklə ayrılan Ellada təmsilçisi mundiala vəsiqəni təmin edib.

Digər görüşdə İslandiya yığması Xorvatiyanın qonağı olub. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılmışdı. Doğma azarkeşləri önündə rəqibini 2:0 hesabı ilə məğlub edən xorvatlar dünya çempionatında iştirak hüququ qazanıblar.

Daha bir maraqlı görüş Fransada baş tutub. Burada yerli komanda Ukraynanı qəbul edib. Öz meydanında rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna yığması mundiala vəsiqə qazanmaq üçün yaxşı şans əldə etmişdi. Lakin doğma meydanda daha fərqli oyun nümayiş etdirən Didye Deşamın komandası mundiala vəsiqə qazanan tərəf olub.

Ən maraqlı qarşılaşmalardan biri İsveç - Portuqaliya oyunu olub. Zlatan İbrahimoviçin kapitan sarğısını daşıdığı İsveç millisi səfər meydanındakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa çalışacaqdı. Bu görüş əsasən İbrahimoviç - Ronaldo dueli kimi yadda qalıb. İlk oyunda komandasına vacib qələbə qazandıran Ronaldo bu görüşdə het-triklə millisini Braziliyaya gedəcəklər siyahısına yazdırıb.


Afrika zonasından isə Qana və Əlcəzair yığmaları dünya çempionatında iştirak hüququ əldə ediblər.


19 noyabr

Avropa zonasında pley-off oyunları

Rumıniya - Yunanıstan  (İlk oyun- 1:3) - 1:1
Qollar: Mitroqlu, 23 (0:1), Torosidis, 54-avtoqol (1:1)

Xorvatiya - İslandiya (İlk oyun - 0:0) - 2:0
Qollar: Mandzukiç, 27 (1:0), Srna, 67 (2:0)
Qırmızı vərəqə: Mario Mandzukiç, 38 (Xorvatiya)

İsveç - Portuqaliya (İlk oyun - 0:1) - 2:3
Qollar: Ronaldo, 50 (0:1), İbrahimoviç, 68 (1:1), 72 (2:1), Ronaldo, 77 (2:2), 79 (2:3)

Fransa - Ukrayna (İlk oyun - 0:2) - 3:0
Qollar: Sako, 22 (1:0), Benzema, 34 (2:0), Sako, 72 (3:0)
Qırmızı vərəqə: Yevhen Kaçeridi, 47 (Ukrayna)


Afrika zonasında pley-off oyunları

Misir – Qana (İlk oyun – 1:6) - 2:1
Qollar: Zaki, 24 (1:0), Gedo, 84 (2:0), Boatenq, 89 (2:1)

Əlcəzair – Burkina Faso (İlk oyun - 2:3) - 1:0
Qol: Slimani, 49 (1:0)