QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ÇL:Mourinyo yenə İstanbula gələcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
 İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Bu mərhələdə oynamaq hüququ qazanan bütün komandaların rəqibləri müəyyənləşib. 1/8 final iştirakçıları arasında ən çox İngiltərə və Almaniya təmsilçiləri var. Belə ki, hər iki ölkənin 4 klubu mübarizəni davam etdirir. İtaliya, Fransa, Rusiya, Türkiyə və Yunanıstan isə hərəyə bir klubla təmsil olunur.
Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşıb. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə görüşməyib.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 18-19 və 25-26 fevralda keçiriləcək. Cavab görüşləri isə 11-12 və 18-19 mart tarixlərində baş tutacaq.


`Mançester Siti` (İngiltərə) - `Barselona` (İspaniya)

`Olimpiakos` (Yunanıstan) - `Mançester Yunayted` (İngiltərə)

`Milan` (İtaliya) - `Atletiko` (Madrid, İspaniya)

`Bayer` (Leverkuzen, Almaniya) - PSJ (Fransa)

`Qalatasaray` (Türkiyə) - `Çelsi` (İngiltərə)

`Şalke` (Almaniya) - `Real` (Madrid, İspaniya)

`Zenit` (Rusiya) - `Borussiya` (Dortmund, Almaniya)

`Arsenal` (İngiltərə) - `Bavariya` (Almaniya)