QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Real` `Barselona`nın 25 illik rekordunu qırdı

`Real` (Madrid) klubu `Barselona`nın 25 illik rekordunu qırıb.
Madrid klubu İspaniya kubokunun yarımfinal mərhələsində `Atletiko`nu mübarizədən kənarlaşdırmaqla tarixində 39-cu dəfə finala yüksəlib.
`Real` ölkə kubokunda bu mövsüm oynadığı 8 matçı da (720 dəqiqə) qol buraxmadan tamamlayıb. Bununla da `Kral klubu` `Barselona`nın 1989-cu ildə qırdığı 696 dəqiqəlik rekordu yeniləyib.
Qeyd edək ki, `Real` həmçinin `Atletiko`nu məğlub etməklə İspaniya kubokunda heç qol buraxmadan finala adlayan ilk komanda olub.
İlk oyunda 3:0 hesabıyla həmşəhərlilərini məğlub edən madridlilər cavab görüşündə də 2:0 hesabıyla qələbə qazanıb.