QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Real` Çempionlar Liqasını qazandı
Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası - Madridin `Real` və `Atletiko` komandaları üz-üzə gəlib. `Land of fire Azerbaijan` formalı `Atletiko` Portuqaliyanın paytaxtı Lissabonda keçirilən oyuna qədər ölkə kubokunda qızıl medallara sahib çıxmışdı. Lakin `Atletiko` bu uğurun davamını gətirə bilməyib. Matçın son dəqiqələrinə qədər hesabda öndə olan `Atletiko` 90+3-cü dəqiqədə qapısında qol görüb. Əlavə vaxtda daha 3 qol vuran `Real` 10-cu dəfə Çempionlar Liqasını qazanıb. Kristiano Ronaldo isə ÇL-da 17 qol vuraraq bu turnirin qol rekordunu qırıb.