QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Yeni transferlərimizin açıqlamaları

Bildiyiniz kimi bu yaxınlarda komandamız öz sıralarına iki gənc futbolçunu qatmışdır.Onlar `Bakı` futbol klubunun yetirmələri olan Şəhriyar Əliyev və Namiq Ələsgərovdur.Hər iki futbolçunun transferindən sonra `Bakı` klubu bu futbolçuların transferində bir sıra problemlərin olduğunu dilə gətirdi.Artıq `Qarabağ`ımız üçün çalışan gənc futbolçuların bu məsələ ilə bağlı açıqlamalarını diqqətinizə təqdim edirik.

Şəhriyar Əliyev: "Təbii ki, "Bakı" öz istəyin bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubunun akademiyasının yetirməsi deyiləm. Mən 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm. Akademiyanın yetirməsi sayılmaq üçün isə gərək 17 yaşdan aşağı olanda bura gəlseydim. Yəni mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdür"

 

Namiq Ələsgərov: "Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu məsələ mənə aid deyil. Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam. Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni da başa düşmək lazımdı. Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım".