QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Komandamız məşqləri bərpa etdi
"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
 
Komandamız 1 günlük istirahətin ardından bugündən etibarən məşqləri bərpa edib. Komandamız yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb. Futbolçumuz Ansi Aqolli isə fizioterapivt çalışmaları altında fərdi məşqlə kifayətlənib. Günün ikinci məşqi isə yerli vaxtla saat 17:00-a təyin olunub.