QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kamp gündəliyi - 10

"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamız "Kuban"la yoxlama matçından sonra bu gün məşqləri bərpa edib. Səhər məşqi yerli vaxtla saat 11:00-da başlayıb və fitness zalında baş tutub. Günün ikinci məşqində isə komandamız yerli vaxtla saat 17:30-da meydançaya yollanıb. 90 dəqiqə davam edən məşqdə futbolçular fiziki çalışmalarla kifayətlənib.