QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi"

“Qarabağ”ımız qış təlim-məşq toplanışı zamanı ikinci yoxlama oyununda Polşanın “Lexiya” klubuyla 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bildirib:

"Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha çox açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım".