QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kamp gündəliyi - 16

"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlığın 16-cı gününü tək məşqlə başa vurub. Futbolçularımız yerli vaxtla saat 11:00-da  məşqə çıxıb və çalışma 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından komandamız fiziki hazırlığa əsaslanan tapşırıqları yerinə yetirib.

 

Qeyd edək ki, "Qarabağ"ımız sabah iki yoxlama oyunu keçirəcək. Komandamız Bakı vaxtıyla saat 16:00-da Makedoniyanın "Şkupi", saat 18:30-da isə Ukraynanın "Mariupol" klublarıyla qarşılaşacaq.