QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Sumqayıt" - "Qarabağ"ımız 1:1 İCMAL

Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir. “Qarabağ”ımız səfərdə “Sumqayıt”ın qonağı olub. İlk hissədə komandamız bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib və ilk hissə 0:0 hesabıyla başa çatıb. İkinci hissəyə sürətli başlayan rəqib matçın 49-cu dəqiqəsində hesabı açıb. Hücumların sayını artıran komandamız matçın 75-ci dəqiqəsində hesabı bərabərləşdirib. Ansi Aqollinin ötürməsini Pedro Enrike qarşısıalınmaz zərbəylə topu qapıdan keçirib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.

 

3 mart (şənbə)

18:30. “Sumqayıt” – “Qarabağ” - 1:1
Qollar: 
Amil Yunanov, 49 (1:0), Pedro Enrike, 75 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
“Kapital Bank Arena”