QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Dani Kintana "100"ü tamamladı

Azərbaycan Premyer Liqasının XXI turunda baş tutan “Keşlə”ylə matç futbolçumuz Dani Kintana üçün əlamətdar olub.

Belə ki, futbolçumuz komandamızın heyətində 100-cü oyununa çıxıb. İspaniyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında çıxdığı 63 matçda 21, ölkə kubokunda çıxdığı 9 oyunda 2, avrokuboklarda isə 28 oyunda 3 dəfə diqqət mərkəzində olub.

Qeyd edək ki, Kintananın debüt oyunu 2015-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşdığımız “Rudar”la matç olub.