QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız "ilin idman mükafatları-2017" tədbirində iştirak edəcək

Bu gün Türkiyənin məşhur media orqanlarından biri “Milliyet” qəzetinin “ilin idman mükafatları-2017” tədbiri keçiriləcək. Tədbirdə “ilin komandası” mükafatına namizədlərdən biri olan “Qarabağ”ımızın vitse-prezidenti Tahir Gözəl, klubumuzun direktoru Əmrah Çəlikəl, baş məşqçimiz Qurban Qurbanov, baş menecer Asif Əsgərov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov iştirak edəcək.
Mükafatlandırma mərasimi Bakı vaxtıyla saat 20:30-da başlayacaq və “CBC Sport” telekanalıyla canlı yayımlanacaq.