QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadıqov U-19 komandamızdan getdi
"Qarabağ"ımızın U-19 komandası mövsümü gümüş medallarla başa vurdu.
 
Gənclərimizin baş məşqçisi Rəşad Sadıqov artıq bu vəzifədən ayrılıb. 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və əsas komandamızın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. U-19 komandamızın yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.
 
Qeyd edək ki, U-19 komandamız Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.