QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Filip Ozobiç rəsmən "Qarabağ"ımızda !

“Qarabağ”ımız 2018/19-cü illər mövsümü üçün heyətini gücləndirməyə start verib. Komandamız xorvatiyalı futbolçu Filip Ozobiçi sıralarına qatıb. 27 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb.

“Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb.

Yeni transferimiz Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.