QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“ŞƏXSİYYƏT”LƏRİMİZ ! ! !

Yadımdan heç zaman çıxmaz ! Ötən mövsümün ilk turunda “Qarabağ” Tovuza səfər etdiyi vaxt hamı “Turan”ın böyükhesablı qələbəsini gözlədiyi zaman 1:1-lik heç-heçə əsas vaxtda tablonu bəzəyirdi. Hələ də yanımda oturanlardan birinin  dediyi kəlimələr qulağımda cingildəyir: “udacağıq onsuzda, allah  . . .canını sağ eləsin” ! ! ! Əlavə olunmuş bəlkə də 8-9-cu dəqiqədə verdiyi şübhəli cərimə zərbəsi ilə “ŞƏXSİYYƏT” “öz canının sağlığını” sübut elədi. . .  Necə ki, “Bakı” oyununa da  “ŞƏXSİYƏT” təyinat aldığı vaxt . . .

... o vaxt ki, “hakim damğası” ilə tarixə düşdü!

... o vaxt ki, qaçqın uşaqlarının “Qarabağ” sədaları susdu !

... o vaxt ki, verdiyi ədalətsiz bir “fit”lə ....

o vaxt ki....

... Bərabər şərtlərlə oynamalı olduğumuz oyunda, hər şeyin oyunda aydınlaşmalı olduğu bir məqamda hər şeyi “ŞƏXSİYYƏT” həll etdi. ..

Hər şey normal idi. Tərəflər futbol oyununda olduğu kimi meydana çıxdılar, bir – birinə əl verərək ədalətli oyun oynayacaqlarını söz verdilər. Bəs “ŞƏXSİYYƏT” nə etdi?   - O  “sən saydığını say . . .” sözlərini özünə şüar edərək meydanda əsl AĞALIQ etməyə başladı. Lazim olmayan epizodlarda özü bildiyi kimi oyunun “İDARƏÇİLİYİNƏ” başladı. Əslində buna “İDARƏÇİLİK”DƏN çox “SİFARİŞ” də adlandırmaq olar...

“ŞƏXSİYYƏT” olmaq üçün ilk növbədə ədalətli olmalisan cənab “X” !

Bilməlisən ki, oyunçu qapıçı ilə təkbətək qalırsa və ən son müdafiəçi onu dayandırırda o “qırmızı” vərəqədir ! İradəsizlik edib ilk epizodda bu etməyibsənsə, səhvdən nəticə çıxarıb eyniliyi ilə biri-birindən fərqlənməyən ikinci epizodda bu iradəni gösətrməlisən cənab “X” !

Ağıllının Dahi adamdan fərqi odur ki, səhvə yol versə də o səhvdən nəticə çıxarır. Sən DAHİ olmadın, heç olmasa bir balaca AĞLIN OLSUN ! O da yoxdursa KİMSƏN SƏN AXİ ? “ŞƏXSİYYƏT”sən yoxsa.....

Özləri özlərini “ŞƏXSİYYƏT” sayırlar. O ŞƏXSİYYƏTLƏR ki, çempionatın səviyyəsini misal göstərərək Avropaya gedə bilmədiklərini deməkdən utanmırlar da. Amma fikirləşmirlər ki, özlüyündə sən DAHİ də ola bilərsən, amma KİMSƏN AXI ONLAR ÜÇÜN? O-san ki, sənin idarəçiliyi “komik şou” kimi saytlardan izləyirlər. O-san ki, bir “xahiş”lə yüzlərlə ailənin çörəyini əlindən alırsan. O-san ki, minlərlə azarkeşin “mədəni” sözlərinin qurbanı olursan. O-san ki, bunların hamısını bilə-bilə hər şeyi kağıza dəyişirsən. ....

 Futbolumuzun inkşafını istəyirik. Pulların futbola gəlməsi ilə Bekhemlərin, Zidanların yetişəcəyini düşünürük. Fikirləşirik ki, əgər pul varsa, mütləq bizdə də Avropanı lərzəyə salacaq, hamının dilinin əzbəri olacaq futbolçular yetişəcək. Amma fikirləşmirik ki, ONLARın yetişməsi üçün ŞƏXSİYYƏTlər ŞƏXSİYYƏTlərini itirməməlidirlər. Əgər birdən biri gələcək hesab etdiyimiz 6-7 17-18 yaşlı futbolçu bir “fit”in qurbanı olursa, ədalətsizliklə “sındırılırsa”, hansı gələcəkdən danışırıq? Hansı bədəndən danışırq ki, bu gün onurğasını ÖZÜMÜZ sındırırıq. Sonra da sabahımız adlandırırıq.

Əgər Futbolumuzun inkşafını istəyiriksə, imkn yaratmalıyıq, futbolçu meydanda bacarığını göstərsin.

Əgər Futbolumuzun inkşafını istəyiriksə, imkan yaratmalıyıq ki, futbolçu meydana çıxana kimi, oyunu düşünsün, meydandakı “ŞƏXSİYYƏT”LƏRİ yox!

Əgər Futbolumuzun inkşafını istəyiriksə, “ŞƏXSİYYƏT”lərimizi inkşaf etdirməliyik.

Əgər Futbolumuzun inkşafını istəyiriksə . . .

Gəlin hərəmiz öz işimizin ustası olmağa çalışaq. Ümumi mənafeləri şəxsi maraqlardan üstün tutaq.  İnanın ki, onda futbolumuz inkşaf edəcək. . .

 

Bu yazı sadəcə müəllif fikridir...