QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
MİLLİ ÇEMPİONATDA OYUNLARIN VAXTI MÜƏYYƏNLƏŞDİ

XVI Azərbaycan çempionatının I turunun oyunlarının başlanma vaxtı məlum olub. Beləki, avqustun 11-də və 12-də keçiriləcək yeddi görüşdən beşi eyni vaxtda, 18:45-də başlayacaq.
   Bunlar ilk oyun günü start götürəcək "İnter" - "Masallı", "Standard-Bakı" - "Qəbələ", "Simurq" - "Qarabağ", ertəsi gün oynanılacaq "Olimpik" - "MKT-Araz", "Karvan" - "Xəzər-Lənkəran" matçlarıdır.
   Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Turan" (11 avqust) və "Bakı" - "Gənclərbirliyi" (12 avqust) görüşləri isə fərqli saatlarda olacaq. Paytaxtın eyniadlı klubunun ilk turda ev oyununun 18:00-da, flaqmanın isə 21:00-da başlanması nəzərdə tutulub. Respublika stadionunda keçirilən görüşlərin yayım hüququna malik Az.TV-nin marağı nəzərə alınaraq, bu vaxta təyin edilib. Adıçəkilən telekanalın canlı yayımlayacaq "Neftçi" - "Turan" və "Bakı" - "Gənclərbirliyi" oyunlarının başlanma vaxtı ilə AFFA-ya müraciəti müsbət qarşılanıb.