QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
YUNUSOĞLU “QROTSLİN”Ə KEÇDİ

İlqar Qurbanovun “Sivasspor”a keçidindən sonra daha bir futbolçumuz legioner həyatı yaşamağa üstünlük verib. Artıq tarixin yaddaşına köçmüş MKT-Araz” klubunun sabiq kapitanı Saşa Yunusoğlu bundan sonra Polşa “Qrotslin”inin şərəfini qoruyacaq. Xatırladaq ki, Saşa Yunusoğlunu Polşalılar UEFA kubokunda qarşılama zamanı bəyəniblər. Millinində üzvü olan müdafiəçi iki il yeni klubunda top qovacaq. Müqavilənin maddi yönləri barəsində konkret məlumat yoxdur. Xatırladaq ki, Saşaya qədər ötən il Ruslan Məcidov bu ölkənin “Vidzev” klubunun şərəfini qorumuşdu.