QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
HADZIYEVSKİ “BAKI”YA GƏLDİ

“Neftçi”nin “Zenit”in sabiq çalışdırcısı Petrjelaylala müqavilə bağlamasının ardından daha bir klubumuz əcnəbiylə yollarını birləşdirmək qərarına gəlib. Belə ki, paytaxtın eyniadlı təmsilçisi Böyükağa Hacıyevlə yollarını ayırdıqdan sonra tezliklə, Makedoniya tarixinin ən ünlü mütəxəssislərindən Hadzıyevskiylə ilin sonuna qədər müqavilə bağlayıb. Xatırladaq ki, 1996-99-cu illərdə Makedoniya millisinə başçılıq etmiş çalışdırcı bu millinin tarixindəki, ən böyük uğuruna imza ataraq seçmə tsikldə 14 xal toplayaraq 4-cü yeri tutub. Eyni zamanda yerli “Vardar”la 5 dəfə ölkə çempionluğunun sevincini yaşayıb. Hadziyevskinin eyni zamanda Misir, Yunanıstan və Uzaq Şərq ölkələrində iş təcrübəsi var.