QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
MOURİNYO LAYİQ DEYİLDİ...

NURLAN ƏZİZ

 

Hər nə qədər onun futbolunu sevməsəm də heç vaxt bu ekstravaqant insanın əməyinə “kor” baxa bilməmişəm. Heç baxa bilmərəm də. Zənnimcə, insan əməyinə hörmət edən heç kim Mourinyonun dahiliyinə şübhə edə bilməz.

Niyə, dahiliyinə? Portəgizin insanlığı, davranışları daim mühakimə olunsa da, heç kim Jozenin futbol biliyinə, uğur əldə etmək bacarığına dil uzatmaq cəsarətini edə bilməyib. Əslində, Mourinyo daim lovğa, müştəbeh, məğlubiyyəti həzm edə bilməməsini görə günahlandırmasını da birmənalı qarşılamaq mümkün deyil. Yəqin, kimnsə, futbolçusu əməliyyat olunan zaman Jozenin yetirməsinin əlindən tutaraq sonuna qədər orda qalmasından və ona dəstək olmasından xəbəri var. Bu kimi faktları yetərincə artırmaq olar. Üstəlik, KİV-də hər gün dolaşan xəbərlərdən Eşli Koulun, Maludanın, Lempardın, Droqbanın (xüsusilə də sonuncunun) Mourinyonun gedişindən sonra klubu tərk etmək istəməsi heç də Portəgiz sevilməyən birisi olduğu qənaəti üzərindən xətt çəkmiş olar. Və Mourinyo son ili nəzərə almasaq, Portudan bu yana təxminən 5 ilə yaxındır, daim titulla mövsümü qapayıb. Özüdə sonuncu mövsüm, Mourinyonun ölkə çempionu olmasa da, 2 kuboku muzeyinə aparması heç də onun uğursuz olmadığını göstərir.

Demək istənilən, prizmadan baxsaq, Don Jozenin 50 il (!) dən sonra “Çelsi”də özüdə ardıcıl 2 çempionluq yaşatması heç vaxtsız uğursuzluqla müşayət oluna bilməz. Amma, Aleks Ferqyuson, Arsen Venger kimi, premyer-liqanın “qoca qurd”larına “sinə” gələn 43 yaşlı məşqçi dilindəki “zəhər”in çoxluğu səbəbindən nə zamansa çanağında partlamalıydı. Çünki, heç zaman Roman Abromoviç kimilərinə futbol uğurları əsas amil olmayıb. Şevçenko hər hansısa münasibətlər zəminində Londona gətirərkən, Mourinyo çəkinmədən bir çox klubların sino getdiyini futbolçunu heç də onun xahişi ilə alınmadığını bildirmişdi. Üstəlik, Şevanı oynatmadı. Amma, Abromoviçin kəskin təzyiqlərə başlayanda hər kəs onun mütləq gedəcəyini anladı. Və bu da baş verdi. Amma çox acı şəkildə...

Bu bir daha göstərdi ki, dahi klub olmaq üçün dahi pullar yox, dahi başlar lazımdır. İnanmıram ki, dünyada başqa bir məşqçisi Mourinyonun etdiklərini “Çelsi”yə verə bilərdilər. Bu hadisə, Kapellonun “Real”dan çempion olaraq qovulmasından daha ağır oldu. Çünki, “Real” nə qədər əsası olmayan addım ataraq nüfuzuna kölgə düşürdüsə, Kapello “kral” klubuna gəlmişdi. Bu sadəcə kralın taxtında monarxiya dəyişikliyi ilə ehitiva olundu. Amma, Mourinyo dırnaqları ilə qurduğu imperiyadan sürgün edildi..

“Çelsi” azarkeşləri bu gün Mourinyonun gedişinə acı göz yaşları ilə qarşılayırlar. Amma, Portəgizin yerinə Abromoviçin yerlisi olduğu üçün gətirilən Qrantdan dah çox sevinənlər də var. Bəli, düz tapdınız. Ferqyuson, Venger, Benites Mourinyonun gedişilə, ən böyük rəqiblərinin meydandan çəkilməsinə görə dərindən nəfəs alsalar da, yəqin, Abromoviç kimi başqanlarının olmadığına görə şükr edirlər... Çünki, bu çalışdırıçıları birlikdə 30 ildən çox eyni klublarda işlədikləri üçün klubların prezidentlərinə minnətdar olmalıdırlar. Necə deyərlər, onlar başqanlarının yetirmələridir. Mourinyo isə, “Çelsi”yə artıq dahi kimi gəlmişdi...