QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
FAVORİTLƏR RAHAT KEÇDİ

Ölkə kubokunun ilk mərhələsinə yekun vurulub. Müəyyənləşdirilmiş sistem üzrə elita sakinlərinin 2-ci dəstə klubları ilə qarşılaşdığı 116 finalda güclülər çətinlik çəkmədən adlarını ən güclü 16 komanda sırasına yazdırıblar.  İlk matçlarda NBC, GEN kimi klublar “Xəzər-Lənkəran”, “İnter” kimi rəqiblərinə müqavimət göstərsələr də cavab görüşündə böyük hesablı məğlubiyyətdən qaça bilməyiblər. Ümumiyyətlə, revanş matçlarında bir qayda olaraq favoritlər qələbə qazansa da, sadəcə çempionatda ikinci sırada qərarlaşmış “Olimpik”in evdə “Bakılı”nın müqavimətini qıra bilməməsi sürprizlə qarşılanıb.

 

“Qəbələ" – “MOİK” - 2:0 (2:0)
"ABN-Bərdə" - "Samux" - 3:1 (3:2)
"Olimpik" - "Bakılı" - 1:1 (3:0)
"Gənclərbirliyi" - "Ədliyyə" - 6:0 (6:1)
"Xəzər-Lənkəran" - NBC - 7:2 (3:1)
"Standart" - "Qarabağ-2" - 4:0 (3:0)
"Karvan" - "Neftçi-2" - 2:0 (3:0)
"Turan" - "Bakı-2" - 3:0 (2:0)
"Qarabağ" - "МКТ-Araz" - 4:0 (1:0)
"Masallı" - "Xəzər-Lənkəran-2" - 2:1 (2:0)
"Neftçi" - "Şahdağ" - 1:0 (7:0)
"İnter" - GEN - 5:0 (3:1)