QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
RAMOS VƏ FLORES

NURLAN ƏZİZ

Yəqin, heç kim bu dəyişikliyi gözləmirdi. Hər nə qədər olsa da Xuande Ramos "Real"dan sonra bir klubla UEFA kubokunu ardıcıl doğma muzeyə aparmasına görə tarixin yaddaşına adını qızıl hərflərlə yazdırmışdı. Üstəlik, necə dəyərlər, Xuande "Sevilya"nı yoxdan var etmişdi. Hər halda Federike Kanut, Kristian Poulsen kimi adı futbol gündəmində az-cox hallananlar karyeralarında ikinci və daha parlaq səhifələrini açsalar da Dani Alves,.... və hal-hazırda bu dünyada olmayan olmayan Antono Puerta məhz 52 yaşlı Ramosun dövründə qiymətə mindi. Üstəlik, bu vaxta qədər çoxlarının tanımadığı mütəxəssis özüylə bərabər Avropada güclülərdən sayılmayan Sevilyanın eyni adlı klubunu hər kəsin özüylə hesablaşmağa məcbur edə bildi. Söz yox ki, son 2 ildə "Sevilya" Avropada ən güclülərdən biri olmasında Xuandenin böyük rolu var(dı)...

Amma bu gün Ramos nəinki Sevilyada heç İspaniyada da yoxdur. Çox gözlənilməz bəlkə də təbii qanunauyğunluğa əsasən Xuande Əndəlis klubuyla yollarını ayırıb İngiltərəyə yollandı.

Bu hadisə mövsümlərarası fasilədə və ya sezon sonunda baş versəydi bəlkə də, indi bu məsələni müzakirə müstəvisinə çıxarmazdıq. Heç kim hətta son turlarda alınmış qeyri-qənaətbəxş nəticələrə görə Ramosa uğursuz damağasını vura bilməz. Lakin, hər nə qədər çalışıdırcı azarkeşlərdən üzr istəyib, sadəcə inanılmaz təklifə görə (!!!) klubla yollarını ayırdığını bildirsədə, (yəni pula görə) inanmıram ki, bu yerlərə dırnağı ilə gələn Ramos pula görə komandanı belə vəziyyətdə atsın. Düzdü, baş məşqçi üçün ilə 10 milyon avro həqiqətəndə astronomik rəqəmdir.(Hal-hazırda dünyada 1 və ya 2 çalışdırcı bu qədər pul qazanır). Lakin, Ramos ambisiyalı məşqçidirsə, var-dövlət qazanacağı "Tottenhem"də heç vaxt uğur əldə etməyəcəyini bilməlidir. Göz qabağında, Mourinyo kimi örnək var. O boy da dahi Mourinyonu "Çelsi"ni dünya nəhəngləri sırasına çıxarmasına baxmayaraq postundan qovdular. İndi ortaya maraqlı sual çıxır? Həqiqətən mi, Ramos sadəcə 10 milyon dollara görə onu Ramos edən klubu dəyişdi. Məncə "Sevilya"nın son turlardakı uğursuzluqları ilə "Tottenhem"in qara zolağa düşməsində bir oxşalıq var. Yəni, baş verənlər bir günün içində baş vermədi və Ramosun klubu qaçaraq

tərk etməsi baş verənlərin qurulmuş oyun olduğunu göstərir.

Maraqlıdı ki, Ramosun Sevilyanın tərk etməsinin ardından daha bir iddialı klubun baş məşqçi postunda dəyişiklik baş verib. Özüdə baş verənlər arasında maraqlı bir oxşarlıq da var. Kiki Floresin "Valensiya"da istefaya göndərilməsindən 2 gün keçməmiş "yarasalar" özlərinə yenisini tapdılar. Daha doğrusu, "PSV"nin çalışdırıcısı Ronald Kumanı Hollandiyadan qaçırdılar. Demək ki, zənnimcə, aovulmamalı olan Floresin "torbası" çoxdan tikilibmiş. Adamın Mourinyonu xatırladan Floresə yazığı da gəlir. Yaraşıqlı oğlan bəzən 10-15 futbolçunun yoxluğundan əiyyət çəksədə sona qədər iddiasını sürdürməyə imkan tapıb. Həm də, "Sevilya" 2-ci dərəcəli kubokda mübarizəsi aparırdısa, "Valensiya" Çempionlar Liqasında ölüm-dirim mübarizəsi aparırdı.

İndi klublarını tərk edən bu 2 çalışdırcının fəaliyyətini o yan bu yana nə qədər fırlasan da bir şey dəyişməyəcək. İstər, Ramosu satqınlıqda, istər Floresi bəxtsizlikdə qınasaq da, hələlik sadəcə İngiltərə yollanmış ispanın karyerasını izləməkdən başqa əlacımız qalmır. Amma çətin ki,  M.Y., "Arsenal", "Çelsi", "Liverpul" kimi nəhənglərin olduğu yerdə Ramos bir şey edə bilsin. Əgər, Ramosun əlində "sehrli dəyənək" yoxdursa.. Bəlkə də var. Mənim xəbərim yoxdur..