QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AĞIL ... PUL ...

ASİF

Hələ uşaq yaşlarımda kiçik bir kənddə yaşayırdım və tez-tez babamla ağsaqqallar məclisinin iştirakçısına çevrilirdim. Uşaq olsam da onların söhbətləri, bir-biri ilə münasibətləri, danişdıqları kəlamlar yeri gəldikcə qulağımda cingildəyir. Həqiqətən də onların kəlamları, işlətdiyi bəzi kəlimələr yaşa dolduqca insan həyatının preoritetinə çevrildiyinin şahidi oluram.. Məhz bu ələkdən keçmiş kəlimələrdən birinin ətrafında fikirlərimi bölüşmək istəyirəm hansıki ink baxışdan bunların futbolla nə əlaqəsi olduğunu düşünsəniz də, sonda əlaqə olduğunun şahidi olacaqsınız...

ALLAH BƏZİ İNSANLARA PUL, BƏZİLƏRİNƏ İSƏ AĞIL VERİR....

Bəzi insanlarda var ki, allah onlara həm ağıl həm də pul verib. Bunları isə  Allahın sevimli bəndələri adlandırardım ki, bu fikrimə bəzilərinin müxalif çıxacağını bilsəm də... Çünki ən sadəsi AĞIL OLMAYARAQ PULU NECƏ QAZANMAQ OLAR fikri mənim yuxarıda yürütdüyüm fikrə tam ziddir. Amma...

Bəzi Ərəb ölkələrində yaşayan “şeyx”lər allahın bəxş elədiyi təbii sərvətlər hesabına o qədər pula sahibdirlər ki, onların ən “ağılsız” nəsil davamçıları belə o sərvəti ömrü boyu xərcləsə də sonrakılara nəsə buraxıb gedəcək. Ona görə də bunların ağıllı və ağılsızları ilə maraqlanmayıb digərlərinə keçək...

II tip insanlar var ki, bunlar sadə kəndli və ya ziyalı ailəsində doğulsalar da ağıl və bir qədər də şans hesabına həyatda öz yollarını tapırlar. Çox hörmət elədiyim bu tip insanlar zəkaları hesabına müəyyən pillələrə yüksəlirlər ki, burada da eyni zamanda şans amilini unutmamalıdırlar.

Hər insanın həyatda öz yolunu tutmaq üçün bir və ya bir neçə şansı olur. Məhz bu şansı doğru dəyərləndirənləri həqiqətən də Ağıllı insan adlandırmaq olar. Şanssız insan yoxdur, şansını dəyərləndirə bilməyən və bununlada uğursuzluğa düçar olanlar var...

III tip insanlar isə var-dövlət içərisində doğulub yaşasalar da, bu var dövləti daha da artırmaq, ətrafındakılara, öz xalqına daha da xeyir vermək üçün çalışanlardır. Bunun sayəsində həm özləri gələcəklərini təmin edir, həm də ətrafdakılar bunun bəhrəsini görürlər. Məhz bu tip insanları həm sevilmlilər, həm ağıllılar həm də şanslılar tipinin nümayəndələridirlər. Çünki bəzi istəyib edə bilməyənlərdən fərqli olaraq bunlar reallaşdırmaq istədikləri hər bir ideyanı həyata keçirərək bundan zövq alır, bunun bəhrəsini görürlər...

Azərbaycan Futbolunun inkşafı fonunda bugünkü futbol adamlarını da məhz şanslılar sinfinə aid etmək olar. Sadəcə bu şansı dəyərləndirmək qədərinə görə bunlar biri-birindən fərqlənirlər. Futbolçu olan hər bir şəxsi şanslı adlandırmaq olar. Lakin futbolumuzun və futbolçularımızın ən çatışmayan cəhəti məhz pul qazandıqdan sonra həyata baxışlarının dəyişməsidir. Bu  isə şan-şöhrətdən doğan dəyişiklikdir ki, əksər futbolçularımız bunun təsiri nəticəsində yalnız öz ətrafından dövrə vurub, kənara çıxanda  isə MƏN FUTBOLÇUYAM deyə bilmirlər. Səbəb isə sadədir: PUL QAZANMAQ AĞILLI OLMAQ DEMƏK DEYİL !

Sonda çox heyfsilənirəm. Heyif ki, futbolçularımız arasında ağıllılarımız demək olar ki yoxdur. Əgər olsaydı indi onların sədalarını qürurla duyardıq. Yoxdur! Məhz ona görə ki, Allahın onlara verdikləri şansı dəyərləndirə bilmirlər. Məhz ona görə ki,  ağıl hesabına pul qazananlar arasında FUTBOLÇU peşəsini seçənlərimiz demək olar ki yoxdur. Heyf ki...

...heyif ki, ALLAH BƏZİ İNSANLARA PUL, BƏZİLƏRİNƏ İSƏ AĞIL VERİR....