QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
YERYOMENKO YIĞMAMIZA QARŞI OYNAMAYACAQ

Noyabrın 17-də Avropa çempionatının yığma mərhələsi çərçivəsində səfərdə qarşılaşacağımız Finlandiya yığması əsas oyunçularından birini itirib. Belə ki, Rusiyanın “Saturn” komandasının yarımmüdafiəçisi Aleksey Yeryomenkonun çənəsi qırılıb. Rusiya çempionatı başa çatdıqdan sonra təşkil edilən tədbirdən geri dönən Yeryomenkaya küçədə bir neçə nəfər yaxınlaşaraq onu döyüblər. Artıq onun millimiz və Portuqaliya ilə oyunları buraxacağı dəqiqləşib. Bu arada “Elfsborq”un üzvü Yari İlola zədələndiyi üçün milliyə qoşula bilməyib.