QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
MAHİR ŞÜKÜROV YIĞMAYA DƏVƏT EDİLDİ

   Sabah qrup mərhələsinin son oyununda Belçika ilə qarşılaşacaq yığma komandamızın heyyətinə daha bir futbolçu cəlb edildi. Finlandiya ilə matçda Sasa Yunisoğlunun cəzalı duruma düşməsi və Usim Ndukanın zədələnməsindən sonra müdafiədə yaranmış problemləri həll etmək üçün millinin baş məşqçisi Coko Hadziyevski “İnter”in futbolçusu Mahir Şükürovu əsas yığmaya dəvət edib.    Qeyd edək ki, Şükürov ampulaca sağ cinah müdafiəçisidir. Onun daha öncələr də milli komandanın heyyətinə cəlb olunduğunu da qeyd edək.