QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
MİLLİMİZİN RƏQİBLƏRİ MƏLUM OLDU...

Dünən UEFA-nın mənzil qərargahında 2010-cu ildə CAR-da keçiriləcək Dünya çempionatına qatılmaq üçün seçmə mərhələnin püşkü atılıb. 5-ci səbətdə yer alan Azərbaycan millisinin rəqibləri bəlli olub. Millimiz maraqlı olduğu qədər də çətin qrupda mübarizə aparmalı olacaq. Belə ki, gələn il start veriləcək mərhələdə rəqiblərimiz Lixtenşteyn, Uels, Finlandiya, Rusiya və Almaniya milliləri olacaq. Xatırladaq ki, bu millilərdən Uels, Lixtenşteyn və Finlandiya ilə əvvəlki mərhələlərdə bir neçə dəfə üz-üzə gəlmişik. Şimal qonşumuz Rusiya və 3 qat Dünya və Avropa çempionu Almaniya isə ilk dəfə Bakıya gələcək.