QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
MİLLİNİN İLK RƏQİBİ...

 2008 – ci ildə baş tutacaq Beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində millimizin  ilk rəqibləri bəlli oldu. Komandamızın 2008 – ci ildə ilk rəqibi Tacikistan millisi olacaq. Bu haqda dünən, iki ölkənin federasiyaları arasında danışıqlar başa çatdıqdan  sonra məlumat verildi. Matçın harada keçiriləcəyi də artıq məlumdur. Azərbaycan və Tacikistan milli komandaları fevral ayının 6 – da Bakıda qarşılaşcaqlar. Bu görüş “Şəfa” stadionunda baş tutacaq. Beləliklə, cari ildə komandamızın qarşılaşacağı 3 rəqibinin adı bəlli oldu. Mart ayında komandamız Latviyaya yola düşəcək. İyunda isə millimizi Andorraya səfər gözləyir. Xatırladaq ki, keçən il Şahin Diniyevin rəhbərliyi altında komandamız səfərdən  3:2 hesablıq qələbə ilə geri  dönmüşdür.