QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ardı gəlsin!

ŞÜKÜR CAVAD

 23 may 2009 - cu il. Bu gun bəziləri üçün adi gün, başda qarabağlılar və Qarabağ sevərlər üçün isə önəmli bir gün idi. Çünki həmin gün “Qarabağ” komandası ölkə kubokunun final qarşılaşması  çərçivəsində Bakının “İnter” komandasıyla qarşılaşırdı. Qarabağsevərlər oyuna xüsüsi diqqətlə yanaşmalarının çox səbəbləri var idi. Çünki bu oyun “Qarabağ” komandası üçün Avrokuboklara çıxmaq üçün son şans idi. Oyuna hələ 2 saat qalmış azarkeşlər oyunun keçirələcəyi Tofiq Bəhrəmov adına Resbupilka stadionun qarşısına yığışmağa başlayırdı. Bir çoxları öncədən aldıqları biletiylə səbirsizliklə meydançaya daxil olmağı gözləyir, bir qismi isə bilet satanların əlindəki biletlərə həsrətlə baxaraq yəqinki öz-özünə “kaş o biletin biridə məndə olaydı” deyirdi. Saat artıq 18:30-u göstərir, imkanı olan biletin alib meydançaya tərəf gedir,olmayan isə gözü arxada, köksünü ötürə-ötürə evə getmək məcburiyyətində qalır. Artıq mən də bileti olanların sırasında meydançaya daxil oluram. Oyundan əvvəl kiçik bir şou proqram təşkil olunmuşdu. Meydança tam dolmasa da kifayət qədər azarkeş var idi. Onu da unutmaq olmaz ki, qarşılaşan komandalar “Qarabağ” və “İnter” idi. Hamımız çox gözəl bilirik ki, “İnter” elə də çox azarkeşi olan komanda deyil. O ki, qaldı “Qarabağ” komandasına, bugün “Qarabağ”lıların çoxu rayonlarda məskunlaşdığından bunu həmin insaların az bir qismi paytaxta gətirilmişdi. Hər halda paytaxtda məskunlaşmış qarabağlıların  və “Qarabağ” sevərlərin bir qismi  meydançada idi. Bundan başqa  Televiziya qarşısında minlərlə Qarabağlı komandalarının oyunu izləyirdi. Nəhayət oyun başlıyır, kimi dayanmadan öz komandasını dəstəkləyir, kimi söhbət eləyir, kimi azarkeşlər  arasındakı xanım azarkeşləri seyr etməyə üstünlük verir, kimi də həyəcanla oyunu izləyirdi. Azarkeşlərin arasında mənim fikrimi bir “Qaarabağ” azarkeşi çox cəlb elədi. Həmin bu azarkeş sanki özü meydançada oynayırmış kimi həyacanlanır, Aslan (Qarabağ” komandasının kapitanını – Ş.C) sayağı əsəbləşirdi. “Qarabağ”ın ilk qolu vurulduqda həmin bu oğlan dizlərini yerə qoyaraq əllərini göyə tutaraq allaha dua eləyir və gözlərindən sevinc yaşları axırdı. Bəlkədə “qanadı olsaydı sevincindən uçardı da” ifadəsi burada tam mənasıyla yerinə düşərdi.Oyun başa çatır “Qarabağ” komandası kuboka sahib olur. Mən isə həmin bu qarabağli fanatı izləməkdə davam edirəm. Qəhramanım sevinir ve sevindiyindən uşaq kimi ağlıyırdı, bu sevinc ve onun doğurduğu göz yaşlarınin təsiri azarkeş dostumuzun yanəndakı yoldaşlarına da sirayət etmişdi. Onlar da öz növbəsində sevinir eyni zamanda dostlarına “niyə ağlayırsan? Kişi ağlamaz ey day rahat ol kuboku biz aldıq!” deyə ürək-dirək verirdilər. Doğrudan mı, kişi ağlamaz? Axı, bəyəm elə sevincli anlar olur ki, həmin anda bir damcı sevinc yaşı ürəyi boşaldır, yaşadığın hissi daha səmimi, ülvi edir. Elə həmin günü o, gəncin sevincindən axıtdığı göz yaşlari kimi. Mən Sizlərə, bizlərə, hamımıza o göz yaşından, sevincin doğurduğu hönkürtüdən arzu edirəm.  Tanrım bizə yaxın zamanda Qarabağımıza qayitmağı nəsib eləsin! Ardı gəlsin! Ağlamaqların deyil   kubokların. Elə həm də sevincin, qələbənin doğurduğu bu göz yaşlarından. Təbriklər Qarabağ!