QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov Ağasəlim Mircavadovun tarixinə rekorduna şərik çıxır (apasport,az)

Premyer Liqanın XXIX turu “Qarabağ” üçün tarixi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 119-cu dəfə çempionat oyununa çıxmaqla, 13 illik rekordu təkrarlayacaq. Belə ki, Qurbanov “Qarabağ” milli çempionatlarımızda ən çox oyuna çıxaran baş məşqçi adına şərik olacaq. Aprelin 22-də “Bakı” ilə Ağdamda keçiriləcək matça qədər “Qarabağ”ı 118 görüşə çıxaran 40 yaşlı mütəxəssis 2008-ci ilin avqustundan bu postda çalışır.

2008/09 mövsümündə 26, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 32 Premyer Liqa matçında “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanovun hesabında cari mövsümün startına kimi 90 çempionat oyunu var idi. Bu mövsüm 28 matçı arxada qoyan mütəxəssis artıq 119-un astanasındadır.

Artıq XXX turda isə Qurbanov mütləq rekordun müəllifi olacaq. Hələlik isə bu rekord Ağasəlim Mircavadova məxsusdur. 65 yaşlı mütəxəssis 1993, 1993/94, 1994/95, 1995/96 və 1998/99 mövsümlərində işlədiyi “Qarabağ”ı 119 oyuna çıxarıb. Mircavadovun 1999-cu ildə çatdığı 119 səddinə sonrakı 13 ildə yaxınlaşan baş məşqçi olmamışdı. İndi isə klubun Azərbaycan çempionatlarında sayca 11-ci baş məşqçisi olan Qurbanov bu rekorda şərik olur.

Qeyd edək ki, Qurbanovlu “Qarabağ” Premyer Liqada keçirdiyi 118 oyunda 59 qələbə qazanıb, 34 heç-heçə edib, 25 dəfə məğlub olub, top fərqi 139-88-dir. Bu isə o deməkdir ki, o, rekorda şərik olacağı matçda yubiley qələbəsini də qazana bilər.