QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Nyuels Old Boyz” “Qarabağ”a şərik oldu (apasport.az)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 1 ili əhatə edən cədvəldə planetin 408 komandası yer alıb. Azərbaycanın ən yaxşılar arasında yeganə təmsilçisi yenə “Qarabağ”dır.

Ağdamlılar son 1 ayda 1 pillə geriləyiblər. Ötən ay açıqlanan reytinqə 73,5 xalla 279-cu yerdə olan komandamız 70 xalla 280-ci pilləyə şərikdirlər. “Qarabağ”la eyni göstəriciyə malik digər 6 komanda arasında Argentinanın “Nyuels Old Boyz” klubu, həmçinin son illər özündən söz etdirən Kipr “Anartosis”i də var.

Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın “Barselona” klubu 367 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid “Real”ı 306 xalla 2-cidir. İlk “üçlüy”ü 1 pillə irəliləyən “Universidad” klubu da daxil olub. Çili təmsilçisinin hesabında 304,5 xal var.