QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AZAL rekordunu təkrarladı, “Qarabağ” ilk dəfə 6 qol buraxdı (pfl.az)
Azərbaycan Premyer Liqasının V turunun ən gözlənilməz nəticəsi AZAL – “Qarabağ” matçına təsadüf etdi. Bu turadək ilk 2 pillədə qərarlaşan komandaların oyununda hər 2 tərəfin qələbəsi gözlənilən olsa da, böyük hesablı nəticə tura rəng qatdı. 8 qolun vurulduğu matçda AZAL-ın 6:2 hesabı ilə qalib gəlməsi ilə hər 2 klub üçün tarixi nəticə əldə olundu.

 “Qarabağ” tarixində 6-cı dəfə  4 top fərqi ilə məğlub oldu. Antirekordunu təkrarlayan komanda əvvəllər 5 dəfə belə ağır yenilgi almışdı. Sonuncu dəfə buna 7 il, daha dəqiqi 2692 gün əvvəl təsadüf olunmuşdu.

21.11.1999

Qarabağ (Ağdam) - Şəmkir

1 - 5

24.09.2000

Şəmkir - Qarabağ (Ağdam)

5 - 1

04.11.2000

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0 - 4

22.09.2001

Şəmkir - Qarabağ-Azərsun (Ağdam)

5 - 1

24.05.2005

Turan (Tovuz) - Qarabağ (Ağdam)

4 - 0

“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı. Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.

21.11.1999

Qarabağ (Ağdam) - Şəmkir

1 - 5

24.09.2000

Şəmkir - Qarabağ (Ağdam)

5 - 1

05.05.2001

Qarabağ (Ağdam) - Turan (Tovuz)

2 - 5

22.09.2001

Şəmkir - Qarabağ-Azərsun (Ağdam)

5 - 1

AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə 5 top fərqi ilə də qalib gəlib.

10.05.2009

MOİK (Bakı) - Olimpik (Bakı)

1 - 6

16.10.2010

AZAL (Bakı) - İnter (Bakı)

5 - 0

Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfə təkrarladı.

10.05.2009

MOİK (Bakı) - Olimpik (Bakı)

1 - 6

07.03.2012

AZAL (Bakı) - Sumqayıt Şəhər

6 - 3