QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Admir Telidən 3 qat üstünlük (apasport.az)

“Qarabağ”ın futbolçusu Admir Telinin əvəzolunmadan keçirdiyi ardıcıl oyunların sayına görə təkhakimiyyətliliyini davam etdirir. Apasport.az saytının məlumatına görə, artıq 51 oyundur əvəzolunmadan meydanda olan albaniyalı ən yaxın izləyicisindən 3 qat öndədir.

13 oyunluq əvəzolunmazlıq seriyası qırılan Yuri Fomenko isə cədvəli tərk edib. Bu oyunadək 6-cı olan legioner “Qəbələ” ilə matçın 47-ci dəqiqəsində əvəzlənib.

1. Admir Teli (“Qarabağ”) - 51
2. Şahin Kərimov (“Kəpəz”) - 17
3. Rodomir Todorov (“Xəzər Lənkəran”) - 16
4. Samir Abbasov (“Sumqayıt”) - 15
5. Aleksandr Şemonayev (“Simurq”) - 14
6. Eder Borflim (““Xəzər Lənkəran””) - 13
7. Adrian Pit (““Xəzər Lənkəran””) - 13
8. Vladimir Levin (“İnter”) - 12
9. Rəşad Sadıqov (“Qarabağ”) - 11

Rasim Əliyev