QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadıqov: `Bu çempionat daha güclüdür` ()

`Qarabağ`ın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi

- Premyer Liqanın altıncı turunda səfərdə “Turan”ı 85-ci dəqiqədə sənin penaltidən vurduğun qol sayəsində məğlub etdiniz. Etiraf edək ki, bu oyunda “Qaragağ” bir xeyli çətinlik çəkdi...

- AZAL-a böyükhesabla məğlub olmasaydıq belə, “Turan”la görüşdə bizə çətin olacaqdı. Ümumiyyətlə, hər zaman iddialı klublar Tovuz və Gəncədə çətinliklə üzləşir. Çünki həm meydançanın durumu rəqibə yaxşı oynamağa imkan vermir,  həm də doğma azarkeşləri qarşısında daha inamlı təsir bağışlayırlar. Rəqib son oyunda “Bakı”dan bir xal aldığı üçün özünə inamı daha da artmışdı. Biz də bunu yaxşı başa düşürdük. Ümumiyyətlə, həmin meydançada yaxşı futbol göstərmək mümkün deyildi. Yaınız mübarizə və əzmkarlıq sayəsində biz “Turan”ı məğlub edə bildik. İkinci hissədə hücumlarımızın sayını artıraraq rəqibi qapısına doğru sıxışdırdıq. Nəticədə rəqib qaydanı pozdu. Buna görə də qapılarına penalti təyin edildi.

- Həmin oyunda da komandanızda gərginlik hiss olunurdu. Bu problem hələ da qalırmı?

- Ola bilər ki, hələ bir müddət də hiss olunsun. Çünki komanda gözlənilmədən böyükhesabla məğlub oldu. Tovuzda da ortabab komandayla oyunda qələbə qazana bilməyəcəyimizdən ehtiyat etdiyimiz üçün həyacan vardı. Amma qızıla bərabər üç xal qazana bildik.

- Ümumiyyətlə, böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsən?

- Bu haqda nə məşqçilər, nə də rəhbərlik çox danışdı. Bu isə komandanın xeyrinə oldu. Hiss olunurdu ki, “Turan”la görüşə futbolçular tamam başqa əhval-ruhiyyədə çıxmışdı. Məğlubiyyətin səbəbini isə dəqiq deyə bilmərəm.

- AZAL-a uduzduqdan sonra belə rəy yarandı ki, “Qarabağ” yenə “qara zolağ”a düşüb.

- Turnir cədvəlinə baxsaq, deyərik ki, bütün komandalar “qara zolaq”dadır. Sadəcə olaraq, bu mövsümkü çempionatımız keçənilkindən daha güclüdür. Bütün ortabab klublar heyətini yetərincə gücləndiriblər. Buna görə də istənilən komanda xal itirir. Bu il bütün klublar bir-birindən xal ala bilir.

Əli HƏYATİ