QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
7 idi, 5 olub 6-ya çevrildilər
`DÇ-2014`ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa hazırlıq məqsədilə Azərbaycan milli komandasının noyabrın 6-dan 9-a qədər Bakıda, noyabrın 10-dan 15-dək isə Belfast şəhərində təlim-məşq toplanışı keçiriləcək.
Millinin baş məşqçisi  Berti Fotqs qarşıdakı təlim-məşq toplanışı üçün 26 futbolçuya dəvət göndərib.
`Qarabağ`ımız yenə də ölkənin əsas komandasına ən çox futbolçu verən klubdur. Rəşad Sadıqovla Əfran İsmayılov zədə səbəbindən yığmaya dəvət almasa da, Hacı Əhmədov `Qarabağ`ımızda ilk dəfə milliyə dəvət alıb. Belə də, millidə 7 olan təmsilçimiz 5-ə azalsa da, Hacıyla millidə sayımızı 6`-ya çatdırdıq.
 
Anar Nəzirov - `Qəbələ`
Səlahət Ağayev - `Sumqayıt`
Andriy Popoviç - `Turan`
Volodimir Levin - `İnter`
Bədavi Hüseynov - `Qarabağ`
Maksim Medvedev - `Qarabağ`
Əli Gökdemir - `Hannover 96` (Almaniya)
Hacı Əhmədov - `Qarabağ`
Aqil Nəbiyev - AZAL
Ruslan Abışov - `Xəzər Lənkəran`
Elhad Nəziri - `Milsami` (Moldova)
Murad Ağayev - `Sumqayıt`
Rasim Ramaldanov - `Simurq`
Aleksandr Çertoqanov - `Qəbələ`
Rəşad Sadiqov - `Neftçi`
Rahid Əmirquliyev - `Xəzər Lənkəran`
Mahir Şükürov - `Neftçi`
Cavid Hüseynov - `Adanademirspor` (Türkiyə)
Elvin Məmmədov - `Bakı`
Rizvan Umarov - `Elçe` (İspaniya)
Uğur Pamuk - `Sumqayıt`
Branimir Subaşiç - `Xəzər Lənkəran`
Vüqar Nadirov - `Qarabağ`
Vaqif Cavadov - `Qarabağ`
Rauf Əliyev - `Qarabağ`
Cihan Özkara - `Kayserispor Erciyesspor` (Türkiyə)
Qeyd: Mahir Şükürov və Rəşad Sadiqov noyabrın 9-da, Əli Gökdəmir və Cihan Özkara isə noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.