QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İbrahimoviç: Poker yoxsa fantastika?

İsveç və İngiltərə milli komandaları yoldaşlıq oyununda üz-üzə gəlib. Ev sahiblərinin 4:2 hesabıyla qalib gədiyi oyunda daha çox yadda qalan məqam Zlatan İbrahimoviçin poker etməsi, üstəlik onun vurduğu fantastik 4-cü qol olub. Belə ki, `PSJ`nin forvardı cərimə meydançasının kənarından aşırma zərbəsiylə mükəmməl qola imza atıb.
 
Zlatan tarixi hadisəyla bağlı: `Bir oyunda hər dəfə 4 qol vurmaq olmur. Qol vurmaq üçün məqam axtarırdım. Hava ilə top gəldi və qapıçının önə çıxdığını gördüm. Topa doğru getmək əvəzinə, geri çəkilməyi üstün tutdum. Bunu edərkən hisslərimlə hərəkət etdim. Topa vurduqdan sonra bir futbolçunun topa tərəf qaçdığını gördüm, lakin artıq top içəri girmişdi. Şans, ya da bacarıq.`