QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Korintians` dünya çempionu oldu

FİFA Klublararası Dünya Çempionatına yekun vurulub. Final matçında Braziliyanın `Korintians` və İngiltərənin `Çelsi` klubları qarşılaşıb.
Cənubi Amerikanın Libertadores Kuboku və Avropa Çempionlar Liqasının qalibləri arasında qarşılaşmanı birincilər qazanıb. Matçın yeganə qoluna 69-cu dəqiqədə Paolo Querrero imza atıb. `Çelsi`dən Hari Kahill 90-cı dəqiqədə qırmızı vərəqə alıb. Bununla da `Korintians` 2-ci dəfə bu turniri qazanıb.
Üçüncü yer uğrunda oyunda isə Misirin `Əl-Əhli` və Meksikanın `Monterrey` klubları qarşılaşıb. 2:0 hesablı qələbə qazanan meksikalılar bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, bu il Klublararası Dünya Çempionatına Avropadan `Çelsi` (İngiltərə), Cənubi Amerikadan `Korintians` (Braziliya), Asiyadan `Ulsan Hyunday` (Yaponiya), Afrikadan `Əl-Əhli` (Misir), Mərkəzi, Şimali Amerika və Karib adalarından `Monterrey` (Meksika), Okeaniyadan `Aukland Siti` (Yeni Zellandiya) və ev sahibi Yaponiyadan `Sanfrekke` klubları qatılmışdı.
Play-off
Sanfrekke – Aukland Siti 1:0
Qol: Aoyama, 66.
1/4 final
Ulsan Hyunday – Monterrey 1:3
Qollar: Lee Keun-Ho, 88 – Korona, 9. Delqado, 77; 84.
Sanfrekke – Əl-Əhli 1:2
Qollar: Sato, 32 – Hamdi, 15. Aboutrika, 57.
5-ci yer uğrunda
Ulsan Hyunday – Sanfrekke 2:3
Qollar: Mizumoto, 17 (avtoqol). Lee Yonq, 90+5 – Yamaqişi, 35. Sato, 56. 72.
Yarımfinal
Əl-Əhli – Korintians 0:1
Qol: Querrero, 30.
Monterrey – Çelsi 1:3
Qollar: De Niqris, 90+1 – Mata, 17. Torres, 46. Çavez, 48 (avtoqol).
3-cü yer uğrundu
Əl-Əhli – Monterrey 0:2
Qollar: Korona, 3. Delqado, 66.
Final
Korintians – Çelsi 1:0
Qol: Querrero, 69.