QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qalatasaray` `Real`a, `Fənər` isə İtaliyaya
Çempionlar və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın Nyon şəhərindəki qərargahında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanıb. Xatırladaq ki, 1/4 finala vəsiqə qazanan komandalar bunlar idi: `Real`, `Barselona`, `Malaqa` (hər üçü İspaniya), `Bavariya`, `Borussiya`(hər ikisi Almaniya), `PSJ` (Fransa), `Yuventus` (İtaliya), `Qalatasaray` (Türkiyə). Püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq `Malaqa` - `Borussiya` `Real` - `Qalatasaray` `PSJ` - `Barselona` `Bavariya` - `Yuventus` ÇL-in 1/4 finalının oyunları 2/3 və 9/10 aprel tarixlərində olacaq. AL-də isə püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq: `Çelsi` - `Rubin` `Tottenhem` - `Bazel` `Fənərbaxça` - `Latsio` `Benfika` - `Nyukasl`