QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov Tahir Gözəllə nə danışdı? (sportal.az)
"Neftçi" ilə oyunöncəsi baş məşçqi və vitse-prezident arasındakı söhbət "Qarabağ" Azərbaycan derbisində "Neftçi"ni səfərdə məğlub edərək həm də 3-cü pillədə yerini möhkəmləndirdi. Sportal.az klubun rəsmi saytına xəbər verir ki, bu zəfər eyni zamanda cari mövsümdə "ağ-qara"lar üzərində qazanılmış ardıcıl 3-qələbə oldu. "Qarabağ"ın bu zəfərinin təməli əslində daha öncədən atılmışdı. Daim komandanın yanında olan vitse-prezident Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalaraq oyundan öncə idari, texniki, inzibati heyəti bir araya toplamış və komanda ruhunu bir daha nümayiş etdirmişdi. Komandaya tam dəstəyini nümayiş etdirən başqan Azərbaycan derbisi haqqında söhbətdən sonra mövsümün ilk 2 derbisindəki qələbədən danışmışdı.. ...Tahir Gözəl: - Biz tarix boyunca "Neftçi" 3 dəfə ardıcıl məğlub etmişikmi? Qurban Qurbanov: – Derbi tarixində heç kim ardıcıl 3 qələbə qazana bilməyib. Tahir Gözəl: – Heç kim bacarmayib? Nurlan İbrahimov: – Derbi tarixində ən böyük seriya "Qarabağ"a məxsusdur. `Qarabağ` 2006-2010-cu illər arasında "Neftçi"yə 11 oyun və ya 1873 gün məğlub olmayıb. Amma tarixboyu heç kim 3 qələbə qazanmayıb. Tahir Gözəl Qurban Qurbanova dönür və: - Qurban hoca, sabah mən "Qarabağ"dan bir ilki gözləyirəm! Hədəfimiz 3-də 3 olmalıdır!!! ...Sən istədin, Biz etdik...Bu zəfər sənin üçündür, Başqan !!!