QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Avcı getdi..

Türkiyə milli komandasının baş məşqçi postunda gözlənilən dəyişiklik baş verib. Yığmanın  çalışdırıcısı Abdullah Avcı yığma ilə yollarını ayırıb.
2 il Türkiyə millisinə baş məşqçilik etmiş Avcının açıqlaması da qeyd olunub: `Futbolda qazanmaq da, məğlub olmaq da olduğu kimi birlikdə çalışmaq da, ayrılmaq da var. Mən də ayrılmağın ən doğru qərar olduğunu düşündüm və bu fikrimi TFF prezidenti cənab Yıldırım Dəmirörənlə paylaşdım. Başda federasiya rəhbəri olmaq üzrə bütün TFF rəsmilərinə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm`.
Qeyd edək ki, Abdullah Avcı 2011- ci il noyabrın 17-dən Türkiyə yığmasına başçılıq edirdi.