QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elçin Rəhmanov Bolqarıstan klublarının düşərgəsinə yollanıb

“Qarabağ”ımızın məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kurslarının tələblərinə əsasən dekabrın 9-da Bolqarıstana yollanıb.6 günlük proqramda məşqçimiz Bolqarsıtanın “Levski” və “Ludoqorets” klublarının bazasında olacaq. Məşqçimiz “Ludoqorets” klubunda akademiya fəaliyyəti ilə yaxından tanış olub və akademiyanın direktoruyla görüşüb və fikir mübadiləsi aparıb. Elçin Rəhmanov “Levski” klubunun məşqçilər heyəti və “Latsio” və “Fiorentina”nın sabiq baş məşqçisi, hazırda da “Levski”ni çalışdıran Delio Rossiylə görüşəcək. Komandanın 1 həftəlik hazırlıq prosesi ilə tanış olacaq.